Ödəniş Kartları ilə aparılan əməliyyatların | avtorizasiyaların əsasları

Giriş

Əgər alış-veriş etmək üçün nə vaxtsa kredit və ya debet kartından istifadə etmisinizsə, kartın avtorizasiya prosesində iştirak etmisiniz. Müştərilərdən kredit və debet kartları ilə ödənişləri qəbul edən bir Ticarət Müəssisəniz varsa, eyni yanaşma doğrudur və Sizdə həmçinin ödəniş kartı ilə avtorizasiya prosesində iştirak etmisiniz. Dünyada hər gün bir milyarddan çox ödəniş kartı ilə müxtəlif əməliyyatlar həyata keçirilir və hər biri avtorizasiya prosesinin aprılmasını tələb edir. Lakin insanların çoxunun gündəlik həyatının rutinin bir tərəfi və biznesin idarə edilməsinin əsas hissəsi olmasına baxmayaraq, insanların çoxu kartın avtorizasiya prosesi haqqında çox az məlumatlıdır və ya ümumiyyətlə məlumatlı deyil.

Ödəniş kartının avtorizasiyası sadəcə olaraq kart sahibinin hesabında alış-veriş etmək üçün vəsaitinin olub, olmadığını yoxlamaqdan daha mürəkkəb və vacib bir prosesdir. Bu proses, Bank Emitentlərinə (Ödəniş kartını emissiya edən Bank) və Ticarət Müəssisələri ilə uğurlu əməliyyat icra etməzdən əvvəl potensial fırıldaqları yoxlamaq üçün müntəzəm yol verən güclü təhlükəsizlik tədbiridir.

Ödəniş kartı "Avtorizasiyası" nədir ?

Ödəniş kartının avtorizasiyası ödəniş kartından istifadə etməklə aparılan əməliyyatın həqiqiliyinin və etibarlılığının yoxlanılması prosesidir. Avtorizasiya zamanı kartı təqdim edən Bank Emitent onun rekvizitlərini yoxlayır və əməliyyatı Ticarət Müəssisəsiniz Bankı (Bank Ekvayer) ilə əlaqələndirir. Bu proses adətən real vaxt rejimində baş verir və əməliyyatın təhlükəsizliyini və uğurla başa çatmasını təmin etmək üçün bir neçə addımı əhatə edir.

Avtorizasiya prosesi necə işləyir ?

Kartın avtorizasiya prosesinin özünə keçməzdən əvvəl gəlin bütün əsas oyunçuları tez bir zamanda nəzərdən keçirək. Kartın avtorizasiyasında beş tərəf iştirak edir:

Müştəri, yəni ki, Kart Sahibi;

Ticarət Müəssisəsi;

Ödəniş Sistemi və ya Ödəniş Sistemi rolunu şlyuz rolunda oynayan Ölkədaxili bir Mərkəz;

Bank Emitent (Kartı onun Sahibinə təqdim edən Bank);

Bank Ekvayer (Ödəniş üçün istifadə olunan cihazı Tacirə təqdim edən Bank);

İndi isə avtorizasiya prosesində olan addımları təyin edək:

Əməliyyatın başlanılması;

Əməliyyat məlumatlarının Ödəniş Sisteminə ötürülməsi;

Əməliyyat məlumatlarının Bank Emitentə ötürülməsi;

Yoxlama və Avtorizasiya prosesi;

Əməliyyat üzrə cavabın qaytarılması;

Ödəniş kartının avtorizasiya prosesi əməliyyatların təhlükəsizliyinin təməl daşıdır. Gəlin bu mühüm prosesin hər bir mərhələsinə daha yaxından nəzər salaq və onun prosesdə iştirak edən hər kəs üçün əhəmiyyətini anlayaq.

  1. Əməliyyatın başlanılması: Proses alıcının (kart sahibinin) alış-veriş etmək qərarına gəldiyi andan başlayır. O, alışı tamamlamaq üçün kartın nömrəsi, istifadə müddəti və CVV (CardHolder Verification Value) şifrəsi kimi ödəniş kartı məlumatlarını ödəniş səhifəsində daxil edir və ya ödəniş kartını kart oxuyuxuya toxunduraraq - daxil edərək başladır. Bu addım E-Ticarət Web saytlarda, Mobil Proqramlar və ya fiziki olaraq Ticarət Müəssisələrində baş verə bilər.

  2. Əməliyyat məlumatlarının ötürülməsi: Alıcı kart məlumatlarını daxil etdikdən və ya ödəniş kartını kart oxuyucuya daxil etdikdən və ya toxundurduqdan sonra məlumatlar xüsusi protokol ilə Bank Ekvayerə (və ya ona xidmət göstərən Processing Mərkəzinə) və növbəti addım olaraq Bank Ekvayer və ya ona xidmət göstərən Processing Mərkəzi tərəfindən Ödəniş Sisteminə ötürülür. Burada anladığınız kimi Ödəniş Sistemi, Banklar arasında körpu rolunda iştirak edir və şifrələmə və digər təhlükəsizlik üsulları ilə məlumat axını zamanı məlumatı qorumaq üçün xüsusi metodlardan istifadə olunur.

  3. Əməliyyat məlumatlarının Bank Emitentə ötürülməsi: Ödəniş Sistemi tərəfindən qəbul edilən məlumat müvafiq formada klassifikasiya olunaraq Bank Emitent təyin olunur və sözü gedən məlumat axını Bank Emitentə yoxlama və avtorizasiya prosesini yetirə yetirib cavab qaytarması üçün göndərilir.

  4. Yoxlama və Avtorizasiya prosesi: Bu əsas addımda Bank Emitent kart rekvizitlərini yoxlayır və onları öz sistemindəki məlumatlar ilə müqayisə edir. O, həmçinin alıcının hesabında əməliyyatı başa çatdırmaq üçün kifayət qədər vəsaitin olub-olmadığını yoxlayır. Təfərrüatlar düzgündürsə və vəsait varsa, bank əməliyyat üçün təsdiq cavabı verir.

  5. Əməliyyat üçün cavabın qaytarılması: Yoxlamadan sonra Emitent Bank cavabı əks ardıcıllıq ilə Ödəniş Sisteminə yönləndirir. Bu cavab əməliyyatın təsdiqi və ya rədd edilməsi ola bilər. Əməliyyat təsdiqlənərsə, alış tamamlanır və mağaza məhsul və ya xidməti alıcıya təqdim edə bilir. Ödəniş kartının avtorizasiyası prosesi əməliyyatların təhlükəsizliyini və etibarlılığını təmin edən mürəkkəb addımlar ardıcıllığıdır. Onun səmərəli və təhlükəsiz fəaliyyətinin təmin edilməsində bu prosesin bütün iştirakçıları - Alıcılar, Satıcılar, Ödəniş Sistemləri və Banklar mühüm rol oynayır. Bu proses vasitəsilə istifadəçilər maliyyə məlumatlarının təhlükəsiz olduğuna əmin olaraq onlayn alış-veriş edə bilərlər və tacirlər ödənişlərin sürətli və təhlükəsiz işlənməsini təmin edə bilərlər.

Növbəti günlərdə isə avtorizasiya prosesi yekunlaşdıqdan sonra başlayan digər proseslər və onların hansı mərhələlərdən ibarət olduğu haqqında qısa məqaləni təqdim edəcəyəm. Avtorizasiya prosesi kart sahibi tərəfindən aparılan əməliyyatın yalnız bir balaca hissəsinin yekunlaşmasıdır və bu prosesdən sonra maliyyə müxabirləşməsi, hesablaşmalar, etiraz əməliyyatları müraciəti kimi mürəkkəb proseslər vardır.

Ödəniş Sistemləri, Ödəniş kartları və əməliyyat axınları haqqında ətraflı məlumata sahib olmaq üçün bizi izləməkdə davam edin :)